Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, müqəddəs Nəcəf şəhərinin böyük təqlid mərcələrindən olan Ayətullah üzma Şeyx Məhəmməd İshaq Fəyyazın ofisi onun vəfatı münasibətilə bəyanat yayaraq bu ağır itki ilə bağlı başsağlığı verib.
Bəyanatda deyilir:
Dərin hüzn və təəssüf hissi ilə həzrət Ayətullah Şeyx Məhəmməd İshaq Fəyyazın vəfatı xəbərini aldıq. O, bərəkətli ömrünü müqəddəs İslam dininə xidmətə, İslam elmlərinin tədrisinə, alim və fəzilət sahiblərinin yetişdirilməsinə, Əhli-beyt (ə) maarifinin yayılmasına və ilahi şəriət hökmlərinin bəyanına həsr etmişdir.
Bəyanatın davamında qeyd olunur ki, Onun vəfatı Elmi hövzələr və bütün möminlər üçün böyük itki hesab olunur. Çünki o, yüksək elmi və dini məqama malik idi və özündən dəyərli elmi əsərlər yadigar qoymuşdur.
Bəyanatda həmçinin vurğulanır: Uca Allahdan diləyirik ki, onu sonsuz rəhmətinə qovuşdursun, Ayətullah üzma Fəyyazini həzrət Məhəmməd (s) və onun pak Əhli-beyti (ə) ilə birlikdə məhşur etsin, ailəsinə, tələbələrinə, təqlidçilərinə və həmçinin sevənlərinə səbir və aramlıq nəsib etsin. "Güc və qüvvət yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur.”

Ayətullah üzma Şeyx Məhəmməd İshaq Fəyyaz
Rəyiniz